Türk aktyor: "Bunu hansı şüursuz yayıb, bilmirəm"
29 May 2018 06:03 SosialTürkiyəli aktyor Əmrə Kınay haqqında çıxan ölüm iddialarına cavab verib.
Teleqraf.com xəbər verir ki, aktyor İnstaqram səhifəsində canlı yayım edərək barəsində yayılan xəbərlərə münasibət bildirib.
Əmrə Kınay qeyd edib ki, hər kəs onun öldüyünü düşünür: "Ölmədim yaşıyıram. Allah məni qızıma bağışladığı zamana qədər yaşayacağam. Öldüyüm barədə hansı şüursuz məlumat paylaşıb bilmirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31