Mingəçevirdə BƏDBƏXT HADİSƏ: evinin damından yıxılıb öldü
Mingəçevirdə evinin damından yıxılan usta ölüb. Hadisə günorta saatlarında şəhərin Allahverdiyev döngəsi 5 ünvanında baş verib. Belə ki, 1963-cü il təvəllüdlü şəhər sakini Bəkirov Hidayət Məhəmməd oğlu yaşadığı evin damında təmir apararkən müvazinəti itirərək yerə yıxılıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.
28 May 2018 19:37 SosialMingəçevirdə evinin damından yıxılan usta ölüb.
Hadisə günorta saatlarında şəhərin Allahverdiyev döngəsi 5 ünvanında baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü şəhər sakini Bəkirov Hidayət Məhəmməd oğlu yaşadığı evin damında təmir apararkən müvazinəti itirərək yerə yıxılıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən şəxsin meyiti şəhər morquna aparılıb.
Faktla bağlı araşdırma aparlılır. Report.az