AXC-nin 100 illiyinə həsr olunmuş şeir qiraəti müsabiqəsinin finalı
AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı, "Müasir İnkişaf" və “Gənclərin Töhfəsi” İctimai Birliklərinin təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Səndən qeyri biz hamımız ölə billik!” şuarı altında “Vətənim Azərbaycan” mövzusunda şeir qiraəti müsabiqəsinin final mərhələsini başa çatdırıb. Olaylar.az bildirir ki, müsabiqə Bakı şəhərindəki 100 məktəbdən daxil olan 252 müraciət əsasında keçirilib. Müsabiqənin yekununda I və II mərhələləri keçərək finala vəsiqə qazanmış 16 şagird iştirak edib. Azərbaycan dövlət himninin sədaları altında başlayan tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu sayğı duruşu ilə yad edilib.
28 May 2018 19:17 SosialAMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı, "Müasir İnkişaf" və "Gənclərin Töhfəsi" İctimai Birliklərinin təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Səndən qeyri biz hamımız ölə billik!" şuarı altında "Vətənim Azərbaycan" mövzusunda şeir qiraəti müsabiqəsinin final mərhələsini başa çatdırıb. Olaylar.az bildirir ki, müsabiqə Bakı şəhərindəki 100 məktəbdən daxil olan 252 müraciət əsasında keçirilib. Müsabiqənin yekununda I və II mərhələləri keçərək finala vəsiqə qazanmış 16 şagird iştirak edib. Azərbaycan dövlət himninin sədaları altında başlayan tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu sayğı duruşu ilə yad edilib.
AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü müsabiqənin təşkilini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın icrasından irəli gələn addım olduğunu bildirib. Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, akademik Nizami Cəfərov tariximizin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş qiraət müsabiqəsinin əhəmiyyəti haqqında danışıb.
Sonra finalçılar "Vətənim Azərbaycan" mövzusunda hazırladıqları şeirləri səsləndirib və münsiflər tərəfindən qiymətləndiriliblər. I yerə Bakı şəhəri Nəsimi rayonu 42 saylı orta məktəbin şagirdi Rauf Əliyev, II yerə Bakı şəhəri Xətai rayonu 254 saylı orta məktəbin şagirdi Ayşə Əliyeva, III yerə isə Türk Dünyası Bakı Atatürk litseyinin şagirdi Oğuzxan Pənahlı layiq görülüblər. I, II, III yerlərin qalibləri diplomla təltif edilib, müvafiq olaraq noutbuk, planşet və fotoaparatla mükafatlandırıblar.
Münsiflər heyətinin üzvləri - Xalq artisti Nurəddin Mehdixanlı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Zöhrə Əsgərova, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kafedra müdiri Səidə Abbasova, "Birlik" jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar İlkin, Qarabağ qazisi Anar Məmmədov çıxış edərək AXC-nin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, müsabiqə haqqında fikirlərini bildiriblər.