Bakıda lift işləmədi, xəstənin köməyinə FHN çatdı
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki hündürmərtəbəli binada yaşayan 1978-ci il təvəllüdlü Novruzov Anar Nizam oğlunun halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranması, lakin lift işləmədiyi üçün xəstəxanaya təxliyənin mümkün olmaması barədə müraciət daxil olub.
27 May 2018 17:10 SosialBu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki hündürmərtəbəli binada yaşayan 1978-ci il təvəllüdlü Novruzov Anar Nizam oğlunun halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranması, lakin lift işləmədiyi üçün xəstəxanaya təxliyənin mümkün olmaması barədə müraciət daxil olub.
FHN-dən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər A.Novruzovu pilləkənlə 16-cı mərtəbədən aşağı endirmiş və həkim briqadasına təhvil veriblər.
Əməliyyat başa çatıb. A24.az