Elşad Mirinin "İslamda yoxdur..." kitabı Qırğızıstanda nəşr edildi
27 May 2018 10:19 SosialAraşdırmaçı alim Elşad Mirinin yazmış olduğu "İslamda yoxdur..." kitabı Qırğızıstanın paytaxtı Bişkek şəhərində nəşr edilib. Adıçəkilən kitab oxuculara pulsuz olaraq paylanılır. Kitab "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu"nun sifarişi ilə nəşr edilib. Qeyd edək ki, "İslamda yoxdur..." kitabı böyük oxucu marağına səbəb olduğu üçün yaxın günlərdə İngilis, Rus və Türk dillərindəki tərcümələri də Fond tərəfindən nəşr edilərək müxtəlif ölkələrdə pulsuz yayılacaq. Xatırladaq ki kitabın nəşri İslam dinində fikir ayrılıqlarına son qoymaq məqsədi güdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31