Heydər Əliyev məzun oldu - Video

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı “ADA” Universitetindən məzun olub. Bu gün “ADA”dan məzun olanlar üçün tədbir keçirilib.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı "ADA" Universitetindən məzun olub.

Bu gün "ADA"dan məzun olanlar üçün tədbir keçirilib.

Tədbirdə H.Əliyevin valideynləri - Pezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib. Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb. İ.Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.

Bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.

Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq "ADA" Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

Sosial şəbəkələrdə prezidentin tələbələr qarşısında çıxışını əks etdirən görüntülər yayılıb. Onlardan birini təqdim edirik:

Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31