İstanbulda AXC-nin 100 illiyi münasibətilə daha bir tədbir keçirilib

Mayın 25-də İstanbulda Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə elm, sənət və iş dünyasının qabaqcıl nümayəndələri, siyasətçilər, Azərbaycan İcmasının və İstanbuldakı xarici diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsindən sonra tədbir açıq elan olunub.

Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev açılış nitqində Azərbaycan və Türkiyə xalqlarının tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb.

O, qeyd edib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında Türkiyənin müstəsna rolu olmuşdur.

Tədbirdə İstanbul Vali Yardımçısı İsmayıl Gültəkin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da çıxış ediblər.  Fuad Muradov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından yığıncaq iştirakçılarını salamlayıb və Azərbaycan və Türkiyənin hərtərəfli əlaqələrinin inkişafından danışıb.

Sonda isə Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi ilə əlaqədar sənədli film nümayiş etdirilib.

Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31