Kompüter oyunları üzrə XII Azərbaycan Milli Çempionatının final mərhələsi keçiriləcək
25-27 may tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Kompüter Oyunları Milli Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Kompüter oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli Çempionatının final mərhələsi keçiriləcək.
25 May 2018 16:42 Sosial25-27 may tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "Kompüter Oyunları Milli Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə Kompüter oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli Çempionatının final mərhələsi keçiriləcək.
Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, 2018-ci ilin aprel və may ayının birinci yarısında Milli Çempionatın zona mərhələsi keçirilmiş və yekun nəticədə uğur qazanmış komanda və fərdi oyunçular Final mərhələsinə vəsiqə qazanıb. Ölkənin 23 şəhər və rayonundan komanda və fərdi oyunçuların iştirak etdiyi Final mərhələsi Bakı şəhərində "Park İnn" mehmanxanasının "Dan ulduzu" zalında keçiriləcək. Rəsmi açılış mayın 26-da, saat 12:00-da baş tutacaq.