QHT qadın və uşaq hüquqlarının qorunmasını təbliğ edəcək

Anfisa Zinyeddin: "Maarifləndirmə məqsədli  televiziya  verilişləri  təşkil olunacaq"

"İctimaiyyətlə Əlaqələrin İnkişafı" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi  "Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması" lahiyəsinin icrasına başlayıb. 

Layihəyə  "Dünya Müstəqil Teleradio Şirkətin"də, "İctimaiyyətlə Əlaqələrin İnkişafi " İctimai Birliyinin  təşkilatçılığı  ilə yayımlanan "Fərqli" verilişi cərcivəsində  start verilib. 

Bu barədə məlumatı  ictimai birliyin sədri Anfisa Zinyeddin verib. Onun sözlərinə görə, 4 ay müddətində icra olunacaq layihənin həyata keçirilməsində məqsəd qadin və uşaq hüquqlarının pozulmasınını qarşısını  almaq, Dünyəvi dövlət olan Azərbaycan Respublikasının qanunlar, hüquq və azadlıqlar çərçivəsində inkişafı,  möhkəmləndirilməsi üçün  ictimai diqqəti bu məsələyə yönəltmək bu layihənin əsas hədəfləridir. 

Televiziyada yayımlanacaq verilişlər mövcud problemlərin Bakı və eləcə də regionlarda müəyyən  hüquqları pozulan qadın və uşaqların hüquqları təmin olunacaq. Qadınlar, uşaqlar,  yeniyetmə və gənclər arasında təbliğat işlərinin aparılmasına xidmət edəcək və  əhali kütləsinə çatdırılmasına imkan verəcək. Layihə çərçivəsində Azərbaycan dövlətin hüquqların aliliyində istifadə edərək, qadın və uşaq hüquqlarının  pozulmasından,  necə xilas olmağın yolları haqqında fikir mübadiləsi aparılacaq".

Anfisa Zinyeddin bildirib ki, qadın və uçaq hüquqları hər bir ölkədə diqqət mərkəzində olan ciddi sahələrdəndir: "Hər iki hüquq insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Son illər ölkəmizdə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin tərkib hissəsi olub. Azərbaycan Respublikasının Konstitusiyasında qadın və uşaqların hüquqları müdafiə olunur. Ancaq bütün bunlara baxmayaraq gündəlik informasiya portallarında həm qadınların həm də uşaqların hüquqlarının pozulması ilə bağlı məlumatlarla qarşılaşırıq. Aidiyyatı qurumlar bu istiqamətdə davamlı addımlar atsa da mövcud problem daha da böyüyür. Bu baxımdan qadın və uşaq hüquqlarının qorunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun artırılması  cox vacibdir" .

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31