Niderlandda AXC-nin 100 illiyi ilə bağlı tədbir keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər təşkil olunur.
25 May 2018 12:38 SosialAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər təşkil olunur.
"Odlar Yurdu" Azərbaycan-Niderland Cəmiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər bu ölkədə də qeyd ediləcək. Məlumata görə, may ayının 26-daAzərbaycan Respublikasının Niderlanddakı səfirliyinin və Ümmümdünya Azərbaycanlıların Mədəniyyət Fondunun dəstəyi Azərbaycan Respublikasının Niderland Krallığının Haaqa şəhərindəki səfirliyində möhtəşəm bir tədbir keçiriləcək. Tədbir "Odlar yurdu" Azərbaycan-Niderland Cəmiyyətinin tərəfindən təşkil edilib.
"Odlar yurdu" Azərbaycan-Niderland Cəmiyyətinin əsas məqsədi hollandları Azərbaycanın musiqi mədəniyyətiylə tanış etməkdir. Tədbirdə Klijkrijk Drenthe musiqi məktəbinin müəllim və şagird heyyəti də iştrak edəcək. Bundan başqa "Odlar yurdu" Azərbaycan Nederland cəmiyyətinin sədri, vokalçı Frangiz Bağırovanın dəvətilə tədbirdə Azərbaycandan gəlmiş gənc pianoçu, Respublika və Beynəlxalq müsabiqələrin laureatı Ayan Məmmədli də iştrak edəcək.