Ensiklopedik soraq kitabı işıq üzü gördü
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının 1-ci cildi işıq üzü görüb. Olaylar.az bildirir ki, “Təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.
25 May 2018 10:38 SosialRiyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabının 1-ci cildi işıq üzü görüb.
Olaylar.az bildirir ki, "Təhsil" nəşriyyatında çap olunan kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.
Nəşrdə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ali təhsilli bütün müsəlman dövlət adamlarının sənədli tərcümeyi-halı toplu şəklində ictimaiyyətə təqdim edilir.
Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsillimiz olub. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir. Nəşr müəlliflərin Bakıdan başqa, Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis kimi şəhərlərin mərkəzi arxivlərində apardıqları araşdırmalar və əldə etdikləri sənədlər, tarixi faktlar əsasında qələmə alınıb.
Birinci cilddə soyadları "A" hərfi ilə başlanan 77 soydaşımız haqqında məlumat verilir.