İftardan sonra bunu çox etməyin – İnfarkt riskini artırır
25 May 2018 06:55 SosialRamazan ayında oruc tutan siqaret çəkənlərin bir çoxu iftardan sonra dərhal bir neçə siqaretçəkir.
"Qafqazinfo" "Habertürk"ə istinadən xəbər verir ki, oruc tutan zaman gün ərzində orqanizmdə nikotin əskikliyi olur və buna görə də iftardan sonra siqaretə "hücum" edirlər.
Eyni vəziyyət imsaka qədər davam etdiyində, yüksək miqdarda nikotin təsirinə məruz qalmış olur. Bu isə təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə infarkt və beyin qanamasına da gətirib çıxara bilir.
Qeyd edək ki, dünyada hər il 4 milyona yaxın insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31