Xalq Cümhuriyyəti dövründə təhsil

Mayın 24-də Azərbaycan Dillər Universitetində Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində “AXC və təhsil” mövzusunda dəyirmi masa keçirilib.

Mayın 24-də Azərbaycan Dillər Universitetində Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində "AXC və təhsil" mövzusunda dəyirmi masa keçirilib.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev bildirib ki, yaxın və Orta Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqın maarifləndirilməsi istiqamətində misilsiz təşəbbüslər həyata keçirib.

Azərbaycan dilçiliyi kafedrasının dosenti Fazil Əhmədov AXC hakimiyyətinin savadsızlığın aradan qaldırılması istiqamətində apardığı islahatlardan, mədəniyyət, elm və təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr haqqında danışıb.

Tədbirdə iştirak edən 144 nömrəli məktəbin direktoru Həcər Mahmudova deyib ki, AXC hakimiyyəti dövründə milli təhsil sisteminin yaradılması istiqamətində uğurlu addımlar atılıb. H.Mahmudova, eyni zamanda ilk Təhsil Nazirliyinin yaradılmasının məhz AXC dövründə olduğunu da bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31