Bakı şəhərindəki bir sıra məktəblərin əsaslı təmiri və tikintisinə start verilir
Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
24 May 2018 13:09 SosialBakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
"OLAYLAR" BŞTİ-yə istinadən xəbər verir ki, sərəncama əsasən, Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblərinin, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyasının və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.
Qeyd edək ki, Bakı şəhəri və ətraf qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılıb.