Rusiyada terrorçularla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb
24 May 2018 07:11 SosialRusiyanın Federal Təhlükəsizlik Bürosu tərəfindən Orta Asiya respublikalarından olan 8 nəfər saxlanılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı xüsusi əməliyyat Kalininqrad vilayətində keçirilib.
Saxlanılanlar İŞİD-in bölmələrindən olan "Camaat Tauhid vəl-Cihad" terrorçu cəmiyyəti ilə əlaqədə şübhəli bilinirlər. Müəyyən edilib ki, saxlanılanlardan ikisi Suriya ərazisindəki qanunsuz birləşmələrin üzvləri ilə əlaqədə olublar. Saxlanılanlar qanunsuz birləşmə üzvlərinin göstərişi ilə Kalininqrad sakinlərini terror təşkilatının fəaliyyətində iştiraka məcbur ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31