Enerji Məsələlərini Tənzimləmə Agentliyi yeni vakansiya elan edib
Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisinin, habelə qazın qiymətlərinin (tariflərinin) bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, ölkədə enerji sahəsində vahid qiymət (tarif) siyasətinin formalaşdırılması məqsədilə İqtisadi təhlil, tarif və statistika şöbəsinə aparıcı analitik vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir.
23 May 2018 14:47 SosialAzərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisinin, habelə qazın qiymətlərinin (tariflərinin) bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, ölkədə enerji sahəsində vahid qiymət (tarif) siyasətinin formalaşdırılması məqsədilə İqtisadi təhlil, tarif və statistika şöbəsinə aparıcı analitik vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir.
Sənəd qəbulu 15 iyun 2018-ci il tarixinədək davam edəcək.
Energetika Nazirliyindən "Olaylar"a bildirilib ki, namizədlərin iqtisadiyyat və idarəetmə, tətbiqi riyaziyyat və digər müvafiq ixtisaslar üzrə ali təhsilə, tarif tənzimlənməsi məsələləri ilə bağlı hüquqi biliyə, ixtisası üzrə azı 4 il iş təcrübəsinə və 28-50 arası yaş həddinə malik olması tələb edilir. Qeyd edək ki, vakant vəzifələrlə maraqlanan şəxslər Energetika Nazirliyinin rəsmi internet səhifəsinin "Elan" bölməsinə daxil olaraq şərtlərlə daha ətraflı tanış ola bilərlər.