Sosial şəbəkələri qanunla tənzimləmək mümkündürmü?

Yaranmış son vəziyyət məsələnin hüquqi müstəvidə tənzimlənməsi zərurəti yaradır Müasir dünyada həyatımızı sosial çəbəkəsiz təsəvvür etmək olduqca çətindir. Birmənalı şəkildə qeyd etmək olar ki, artıq sosial şəbəkələr insanların həyat tərzinə çevrilib.

Yaranmış son vəziyyət məsələnin hüquqi müstəvidə tənzimlənməsi zərurəti yaradır
Müasir dünyada həyatımızı sosial çəbəkəsiz təsəvvür etmək olduqca çətindir. Birmənalı şəkildə qeyd etmək olar ki, artıq sosial şəbəkələr insanların həyat tərzinə çevrilib. Sosial şəbəkələr kimi üçün informasiya mənbəyi, kimi üçün maraq obyekti, kimi üçün ünsiyyət vasitəsi, kimi üçün yaxın bir dost, kimi üçün asudə vaxtının keçdiyi virtual məkan rolunu oynayır. Bəs sosial şəbəkələrin insan həyatındakı rolu və təsiri nədən ibarətdir? Eksprtlərin qənaətinə görə, bu məsələ birbaşa insan psixologiyası ilə bağlıdır. Yəni, insanlar fərdi psixologiyalarına uyğun olaraq ruhi aləmini, düçüncə tərzini, davranış formasını sosial şəbəkələrdə ortaya qoyurlar. Məhz bu səbədən sosial şəbəkələrdə insanların şəxsi həyatlarına müdaxilə edilir, təhqir olunur, şər və böhtan atılır. Sözün əsil mənasında bu gün sosial şəbəkələr dünyaya meydan oxuyur. Son günlərdə ölkəmizin sosial şəbəkələrinin analizi dediklərimizi bir daha təsdiq edir. Lakin, sosial şəbəkələrdən düzgün, əxlaqi dəyərlər çərçivəsində, informasiya mübadiləsi kimi istifadə edənlər də az deyildir. İnsanlar cəmiyyətdə baş verən hadisələri sosial şəbəkələrdəki paylaşmalar vasitəsilə öyrənə bilir, xaricdə yaşayan qohumları, dost-tanışları ilə əlaqə saxlaya bilirlər. Sosial şəbəkələrdə yaranan özbaşnalıq bu sahənin qanunvericiliklə tənzimlənməsi zərurətini yaradır. Məsələ orasındadır ki, bəzi ekspertlər hesab edirlər ki, sosial şəbəkələrdən pis niyyətlə istifadənin qarşısını qanunla almaq qeyri-mümkündür. Fikirlərini onunla əsaslandırılar ki, hər hansı bir informasiyanın qabağını almaq, artıq internetin demokratik qaydalarına ziddir. Ona görə də demokratiya prinsipinə malik ölkələr bunun qabağını almaqa çalışmırlar. Lakin nəzərə almaq lazımdır ki, burada söhbət informasiyanın məhdudlaşdırılmasından deyil, insanlara qarşı yönəlik təhqir və böhtanların qarşısını almaqdan gedir. Belə bir mexanizm beynəlxalq praktikada da mövcuddur. İstənilən dövlətin yazılı və elektron mediasını tənzimləyən qanunvericilikdə belə halların qarşısını almaq məqsədilə xüsusi müddəalar nəzərdə tutulur. Söhbət həmin məsuliyyətin sosial şəbəkələrə də şamil edilməsindən gedir. Məhz bu president nəzərə alınaraq, Azərbaycanda sosial şəbəkələrin qanunla tənzimlənməsi təklif olunur. Belə bir təklif Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ( Ombudsman) 2017-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə qeyd olunub ki, cəmiyyətdə xüsusi narahatlıq yaradan həlli vacib məsələlərdən biri də ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarıdır. Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, foto və video çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin infirmasiya texnologiyalarından şəxsi həyata, habelə əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatıların açıqlanması üçün istifadə edilə bilməz. Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, o cümlədən sosial şəbəkələrdən istifadə zamanı məsuliyyətin müəyyən edilməsinə, internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var. Xatırladaq ki, millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov da bir müddət öncə Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif etmişdi. Fikrini onunla əsaslandırmışdı ki, dünyada bloggerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib. Ona görə də, bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var.

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycan interneti və Kütləvi İnformasiya Vasitəsi (KİV) hüquqi cəhətdən bərabərləşdirilib. Belə ki, qüvvədə olan "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunda internet KİV-in bir qolu kimi qəbul edilib. Burdan isə belə nəticəyə gəlmək olar ki, KİV-də tənzimləmələr ilə bağlı yetərincə müddəalar var və onu internetə də şamil etmək olar. Bununla da yeni bir qanunun qəbuluna ehtiyac yaranmaz, sosial şəbəkələrin qanunla tənzimlənməsi məsələsi öz həllini tapmış olar. O da nəzərə alınmalıdır ki, internetdə fəaliyyətin tənzimlənməsi ilə bağlı məsələlər KİV haqqında qanunla yanaşı, son dəyişilikliklərlə qəbul edilmiş Cinayət Məcəlləsində də əksini tapıb. Yeniliyə əsasən internet və sosial mediada anonim resurslar vasitəsi ilə təhqir, böhtana yol verən şəxslər Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən, məsuliyyətə cəlb edilə və cərimə oluna bilər. Belə halda KİV haqqındakı qanunda əksini tapmış müddəaların internet mediaya da şamil edilməsi bloggerlik fəaliyyətinin tənzimlənməsinə dair yeni bir qanunun qəbuluna ehtiyac yaratmaz. Bu isə insan haqları, söz və fikir azadlığı ilə bağlı yarana biləcək əlavə söz-söhbətin qarşısını almış olar. Belə bir addımın atılmasını zəruri edən səbəblər də kifayət qdədərdir. Belə ki, sosial şəbəkələrdə yaranmış son vəziyyət məsələnin hüquqi müstəvidə tənzimlənməsi zərurəti yaradır. Heş kimə sirr deyil ki, bu gün kibercinayətkarlıqla mübarizə, internetdə şər və böhtan kampaniyalarının qarşısının alınmasına ehtiyac var. Ona görə də, qanunvericilikdə müəyyən tənzimləmələrin edilməsi heç kimdə qıcıq yarada bilməz.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31