"Maşın şou"da biabırçılıq - Xatun əlini çəkdi, Murad görməzdən gəldi - VİDEO
19 Oktyabr 2017 07:57 Sosial"Maşın şou"nun efirində daha bir qalmaqal yaşanıb.
Yenicag.az xəbər verir ki, bu dəfə maşın qazanmaq iddiasında olan reper Xose və müğənni Xatunun sözü çəp gəlib.
Mübahisə zamanı Xose Xatuna əlini maşından çəkdiyini və bunun internetdə müzakirə olunduğunu deyib. Maraqlıdır ki, bu ittiham qarşısında Xatun sadəcə "nə gözəl" deyərək susmağa üstünlük verib.
Verilişin aparıcısı, şoumen Murad Dadaşov reperdən hansı "əl çəkməkdən" söhbət getdiyini soruşduqda isə Xose diqqətli tamaşaçıların bunu yaxşı bildiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00