Müstəqillik Günü bölgələrdə
Astara Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Bilik Evinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqiliyi gününə həsr olunmuş tədbir keçirilib. Olaylar bildirir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova açaraq, müstəqillik tariximiz haqqında iştirakçılara məlumat verib. Y.Rəsulova onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Sonra “18 oktyabr - Dövlət Müstəqilliyi günü” adlı filim nümayiş olunub.
18 Oktyabr 2017 21:19 SosialAstara Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Bilik Evinin birgə təşkilatçılığı ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqiliyi gününə həsr olunmuş tədbir keçirilib.
Olaylar bildirir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova açaraq, müstəqillik tariximiz haqqında iştirakçılara məlumat verib. Y.Rəsulova onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Sonra "18 oktyabr - Dövlət Müstəqilliyi günü" adlı filim nümayiş olunub.
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Elşad Axundov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Firudin Əhmədov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, Rayon Təhsil şöbəsinin Metodmərkəzinin direktoru Emin Fətəliyev çıxış ediblər.
18 oktyabr - Dövlət Müstəqilliyi gününə həsr olunmuş daha bir tədbir İsmayıllı Bilik Evi və İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilib. Tədbiri Sistemin Xidmət şöbəsinin direktoru Səbirə Seyidova açaraq bu günün Azəbaycan tarixində önəmindən danışıb.
Sonra MKS-nin direktoru Könül Baxışova, multimedia mütəxəssisi Aytəkin Dəmirova çıxış edərək Ümummilli lider Heydər Əliyevin müstəqilliyin əldə edilməsində əvəzsiz rolunundan bəhs ediblər. Sonda Müstəqilllik gününə həsr olunmuş videoçarx nümayiş edilib.
Şəmkir Bilik Evi, Şəmkir Heydər Əliyev Mərkəzi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Nizami Gəncəvi adına tam orta məktəbində 18 oktyabr - Dövlət Müstəqilliyi gününə həsr edilmiş şeir müsabiqəsi keçirilib. Tədbirdə Bilik Fondunun Şəmkir rayonu üzrə nümayəndəsi Eyvaz Vəliyev, Rayon Təhsil Şöbəsinin metodisti İlhamə İbrahimova, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Müsabiqədə ümumilikdə 26 məktəbli iştirak edib. Əvvəlcə müsabiqə iştirakçıları vətənpərvərlik mövzusunda şeirlərini səsləndiriblər. Qiymətləndirmə aparıldıqdan sonra qaliblər Rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif olunublar.