Ağsunun dağlıq ərazisində yanğın olub

Ağsunun dağlıq ərazisində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Nüydü və Kalva kəndlərində dağlıq ərazidə kol-kos və quru ot yanması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31