Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 km, eni isə 8-10 metr arası dəyişir.

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 km, eni isə 8-10 metr arası dəyişir.

Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən keşən 4.5 km-lik hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun "Təmiz Şəhər" ASC-nin qarşısından Mehdiabad qəsəbəsinədək olan 5.5 km-lik hissəsinin asfaltlanması işləri görülür. Növbəti mərhələdə isə sözügedən yolun Mehdiabad-Binəqədi hissəsinin yenidən qurulmasına başlanılacaq. Ümumilikdə yola 12 sm qalınlığında 175 min kv m. yeni asfalt örtüyü döşənəcək. Yenidənqurma işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülür.

Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31