Gənc liderlər qlobal problemləri müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 23-də öz işini davam etdirib. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Üçtərəfli Komissiyanın Avropa üzrə sabiq direktoru Paul Revayın moderatorluğu ilə gənc liderlərdən ibarət məşvərət qrupları təşkil olunub. 4-8 nəfərdən ibarət məşvərət qrupları müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar.
23 Avqust 2017 16:47 SosialDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 23-də öz işini davam etdirib. Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Üçtərəfli Komissiyanın Avropa üzrə sabiq direktoru Paul Revayın moderatorluğu ilə gənc liderlərdən ibarət məşvərət qrupları təşkil olunub. 4-8 nəfərdən ibarət məşvərət qrupları müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin, Finlandiyanın sabiq prezidentinin baş məsləhətçisi Aira Kalela "İqlim dəyişikliyi ilə mübarizə, beynəlxalq əməkdaşlığın ən böyük problemi" mövzusunda təqdimatla çıxış edib. Aira Kalela bildirib ki, iqlim dəyişikliyi tək ətraf mühiti korlamır. Həm də iqtisadiyyata, sənayeyə təsir göstərir. Daha sonra gənc liderlər iqlim dəyişikliyinə təsir göstərən problemlərin həlli ilə bağlı təkliflər irəli sürüb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin isə ətraf mühitin mühafizəsi, dövlət idarəçiliyi, insan resursları, iqlim dəyişikliyi ilə bağlı gənc ldierlərin suallarını cavablandırıb. Məşvərət qruplarında müzakirələr günün ikinci yarısında da davam edib. Şvarzman Kollecinin icraçı direktoru David Panın moderatorluğu ilə keçirilən müzakirələrdə gənclər Çinin dünyada artan rolu haqqında fikri mübadiləsi aparıblar. Müzakirələrdən sonra iştirakçılar bir-birləri ilə təcrübə və fikir mübadiləsi aparıblar