Bulvarda qadın meyiti tapıldı

Avqustun 8-də, saat 15.00 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qara.

Avqustun 8-də, saat 15.00 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qara.

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub. Həmin şəxsi tanıyanlardan "102 Zəng Mərkəzi"nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31