Azərbaycan yanğınsöndürənləri Gürcüstanda yanğınların söndürülməsində aktiv iştirak edirlər

Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində fəal iştirak edirlər.  Hazırda FHN-nin yanğınsöndürən maşınları və şəxsi heyəti Daba kəndi yaxınlığında yanğının söndürülməsi ilə məşğuldur. FHN-in helikopteri də səhər saatlarından etibarən Türkiyə, Gürcüstan və Belarus helikopterləri ilə birgə yanğının qarşısının alınması əməliyyatlarında iştirak edir.

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib. Gürcüstan prezidenti Georgi Marqvelaşvili və bu ölkənin digər rəsmiləri yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31