Binəqədi rayonunda yaşıllıqlar məhv edilir

Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küç. 91 saylı binanın ətrafında yaşıllıqlar məhv edilir. Bu barədə “OLAYLAR”-a məlumat verən həmin ünvanda yaşayan sakinlər bildiriblər ki, binanın ətrafındakı yaşıllıqlar məhz edilərək yerində obyekt inşa olunur. Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı müvafiq qurumlara edilən müraciətlərə baxmayaraq hələ də heç bir cavabdeh qurum hər hansı tədbir görməyib.

Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küç. 91 saylı binanın ətrafında yaşıllıqlar məhv edilir. Bu barədə "OLAYLAR"-a məlumat verən həmin ünvanda yaşayan sakinlər bildiriblər ki, binanın ətrafındakı yaşıllıqlar məhz edilərək yerində obyekt inşa olunur. Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı müvafiq qurumlara edilən müraciətlərə baxmayaraq hələ də heç bir cavabdeh qurum hər hansı tədbir görməyib. Prezident Administrasiyası, birinci vitse- Prezident Mehriban Əliyeva, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fonduna, İDEYA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və KİV-ə ünvanlanan müraciətdə sakinlər sözügedın ərazidə ağacların məhv edilməsinə icazə verən müvafiq qurumların cəzalandırılmasını xahiş edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31