11209  tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 14,3 min nəfər şəxs səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, onlardan 1 089 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayanlardır. Sosial xidmətlərlə təmin olunanlardan 11 209  nəfər tənha ahıl və əlilliyi olan şəxsə isə DSMF-nın yerli orqanlarının sosial işçiləri tərəfindən səyyar formada olmaqla evlərində sosial-məişət xidməti göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 14,3 min nəfər şəxs səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, onlardan 1 089 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayanlardır. Sosial xidmətlərlə təmin olunanlardan 11 209  nəfər tənha ahıl və əlilliyi olan şəxsə isə DSMF-nın yerli orqanlarının sosial işçiləri tərəfindən səyyar formada olmaqla evlərində sosial-məişət xidməti göstərilir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, yemək hazırlanmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər. Paralel olaraq, ƏƏSMN-nin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlardan ibarət  2 min nəfərdən çox uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31