Multikulturalizm Mərkəzində növbəti treninq
20 İyul 2017 11:02 SosialBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Azərbaycan multikulturalizmi fənnini elmi əsaslarla tədris edəcək mütəxəssislər üçün təşkil etdiyi növbəti intensiv treninqlər təşkil edib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, iyulun 1-dən 22-dək BBMM-də keçirilən treninqlərdə İqtisad Universiteti, Bədən Tərbiyəsi və İdman Akademiyası, Naxçıvan Dövlət Universiteti, Polis Akademiyası, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Pedaqojı Universiteti, Sərhəd Akademiyası, Dəniz Akademiyası, Neft və Sənayə Universiteti və Bakı Biznes Universitetinin müxtəlif elmi dərəcəli alimləri və müəllimləri iştirak ediblər.
Treninqlərdə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov, Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, tarixçi alim, professor Həcər Verdiyeva, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov və Texniki Universitetinin İctimai fənlər kafedrasının dosenti Əyyub Kərimov müvafiq olaraq "Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti", "Azərbaycanda dinlərin tarixi", "Etnik müxtəliflik və Azərbaycan Respublikasınınin multikulturalizm siyasəti ilə bağlı qeydlər", "Dünya ölkələrində multikulturalizm modelləri", "Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq" mövzularında təqdimatlarla çıxış ediblər.
Treninqlər zamanı geniş diskussiyalar aparılıb, gələcəkdə bu fənni tədris edəcək mütəxəssislərin sualları ətraflı cavablandırılıb, onlara əyani vəsait kimi BBMM-in nəşrləri, həmçinin bugünlərdə işıq üzü görmüş ali məktəblər üçün "Azərbaycan multikulturalizmi" dərsliyi təqdim edilib.