Göyçayın daha 2 kəndinə təbii qaz verilib
Göyçay rayonunun Yalman və Mırtı kəndlərinə təbii qazın verilişi bərpa olunub.
22 Avqust 2016 15:58 SosialGöyçay rayonunun Yalman və Mırtı kəndlərinə təbii qazın verilişi bərpa olunub. "OLAYLAR"-ın xəbərinə görə, ümumilikdə 638 abonenti olan Yalman və Mırtı kəndlərinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Tədbirdə vurğulanmışdır ki, hazırda rayonunun Çaxırlı, Ləkçılpak, Şəkər, Bəydövül, Çərəkə, Çərəcə və Yeniarx kəndlərində qazlaşdırma işləri aparılır. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31