"Gülənə ən yaxın adamlarından biri elə Əli Kərimli çıxacaq” - Millət vəkili

Xəbər verdiyimiz kimi son günlər turk mətbuatında Əli Kərimli və ətrafının Fətullah Gülənlə əlaqələri barədə yazılar dərc olunur. Digər tərəfdən Əli Kərimlinin rəhbəri olduğu "Azadlıq" qəzeti də özünü sığörtalamaq üçün bu ittihamlara cavab vermək əvəzinə dövlət məmurlarını və strukturlarının adını Gülənlə hallandırıb izi azdırmağa çalışır. 

Milli Məclisin deputatı Elşən Musayev Sfera.az-a açıqlamasında bildirdi ki, "Azadlıq" qəzeti və onun başında dayanan Əli Kərimli  məmurları gülənçi adlandırmaqla, onlara hücumla təkcə özünü sığortalamağa, Gülənlə əlaqələrini pərdələməyə çalışmır:  "Onlar özlərini Ərdoğan və demokratiya tərəfdarı kimi göstərməklə də özlərini sığortalamaq istəyirlər. Əli Kərimlinin ətrafında yetərincə adamlar var ki, birbaşa Gülən hərəkatı ilə bağlıdır. Hesab edirəm ki, dövlət strukturları da bununla bağlı ciddi faktlar əldə edib. Təbii, onların başı öz ambissiyalarına qarışdığından məsələdən bir qədər yayınmağa çalışırlar. Çünki  seçkilərdəki uğursuzluqları, referendumla bağlı ümumiyyətlə səslərinin çıxmaması, Gülənlə bağlı məsələdə maksimum yayınmağa çalışmaları elə-belə ictimai rəyə oturmur. Mütləq bir səbəb, hardasa bir fakt var ki, ictimai rəyə oturub. Təbii ki, onlar bunu boyunlarına almayacaq. Lakin hesab edirəm ki, dövlət strukturları bu məsələdə kifayət qədər həssasdır və Əli Kərimli ilə bağlı məsələni də araşdıracaqlar. Hissiyatım onu deyir ki, sonucda Gülənə ən yaxın adamlarından  biri elə Əli Kərimli çıxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31