Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 12 və 19 iyul tarixlərdə elan etdiyi müsabiqələr üzrə test imtahanı mərhələsi keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 12 və 19 iyul tarixlərdə elan etdiyi müsabiqələr üzrə test imtahanı mərhələsi keçiriləcək. Komissiyadan "OLAYLAR"a bildirilib ki,  test imtahanı avqustun 26-da keçiriləcək. Namizədlər Komissiyanın rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsində "Cari elanlar üzrə namizədin seçdiyi vəzifə, test imtahanı və müsahibə tarixi barədə məlumat" elektron xidmətindən də istifadə edərək test imtahanının vaxtını və yerini öyrənə bilərlər. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatı üzrə, sonrakı mərhələdə isə 6-7-ci təsnifatları üzrə nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31