Bakıda 64 nəfəri gün vurub
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BTTTYS) yay mövsümündə qeydə alınan günvurmalarla bağlı statistikanı açıqlayıb.
22 Avqust 2016 14:13 SosialBakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BTTTYS) yay mövsümündə qeydə alınan günvurmalarla bağlı statistikanı açıqlayıb.
Stansiyanın baş həkimi Rauf Nağıyev Modern.az-a bildirib ki, mövsüm başlayandan indiyədək 64 nəfər günvurma ilə müraciət edib:
"Müraciət edənlərdən aralarında azyaşlıların da olduğu 25 nəfər xəstəxanalara yerləşdirilib. Ölüm halı baş verməyib".
Xatırladaq ki, son günlər havaların çox isti keçməsilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvvəlcədən vətəndaşlara müraciət edib. Onlara günün isti saatlarında mümkün qədər açıq havada olmamaq məsləhət görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31