Yay mövsümündə “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı 25 000-dən çox olub
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində təşkil olunan “açıq qapılar günü” layihəsi çərçivəsində “Şahdağın hədiyyəsi" adlı xüsusi əyləncəli konsert proqramı keçirilib.
22 Avqust 2016 13:11 SosialMədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzində təşkil olunan "açıq qapılar günü" layihəsi çərçivəsində "Şahdağın hədiyyəsi" adlı xüsusi əyləncəli konsert proqramı keçirilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, mərkəzə üz tutanlar minimal qiymət ödəməklə çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanıb, maraqlı yay əyləncələrini sınaqdan keçirmək şansı əldə ediblər.
Qeyd edək ki, yay mövsümünün başlanğıcı hesab olunan iyun ayından bu günədək Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayı 25 000-dən çox olub.