Sosial şəbəkələrdə yersiz rəylərə çarə çapıldı
"Yoghurt Network" tərəfindən təqdim olunan "Comment Cleaners" adlı xidmət, artıq sizin sosial media hesablarınıza edilən yersiz rəy və reklam təkliflərinə məhdudiyyət qoyacaq.
22 Avqust 2016 12:53 Sosial"Yoghurt Network" tərəfindən təqdim olunan "Comment Cleaners" adlı xidmət, artıq sizin sosial media hesablarınıza edilən yersiz rəy və reklam təkliflərinə məhdudiyyət qoyacaq.
Axşam.az bildirir ki, əsasən böyük kütləyə malik brend səhifələrin və şəxsi profillərin bu yeniliyə daha çox sevinəcəyi gözləniləndir. "Comment Cleaners" vasitəsilə mənfi rəylər, söyüş xarakterli bildirimlər və mənasız reklam təkliflərinin qarşısı alınmış olacaq.
Xüsusilə SMM ilə məşğul olan şəxslər bu yeniliklə səhifələri daha effektiv istifadə edə biləcəklər. Böyük ehtimalla müəyyən məbləğ qarşılığında "Facebook" və "İnstaqram" sosial hesablarının bundan istifadə etməsi gözlənilir.