Maraqlı iddia: Şokoladın qoxusu immuniteti artırır
Alimlər şokoladın daha bir faydalı xüsusiyyətindən danışıblar. “Newsland” saytı xəbər verir ki, onun qoxusu orqanizmin viruslara müqavimət göstərmək bacarığına təsir edir. “Ladyportal”ın yazdığına görə, şokoladın qoxusu immuniteti artırır. Məsələ bundadır ki, şokoladın qoxusunu nəfəsə çəkəndən sonra orqanizmdə “A” sinfindən olan immunoqlobulinlərin (anticisimlər) əmələ gəlməsi sürətlənir.
19 Avqust 2016 19:03 SosialAlimlər şokoladın daha bir faydalı xüsusiyyətindən danışıblar. "Newsland" saytı xəbər verir ki, onun qoxusu orqanizmin viruslara müqavimət göstərmək bacarığına təsir edir. "Ladyportal"ın yazdığına görə, şokoladın qoxusu immuniteti artırır. Məsələ bundadır ki, şokoladın qoxusunu nəfəsə çəkəndən sonra orqanizmdə "A" sinfindən olan immunoqlobulinlərin (anticisimlər) əmələ gəlməsi sürətlənir.
Bu, şokoladın soyuqdəymə xəstəliklərinə qarşı mübarizədə heç də yeganə xidməti deyildir. Lap bu yaxınlarda kanadalı mütəxəssislər tərəfindən sübuta yetirilib ki, şokolad öskürəyi müalicə edir. Şokoladın tərkibində öskürməyə qarşı təsir gücünə malik teobromin maddələri var.