Lənkəranski sonuncu deyil: killerlər sifariş alıblar
İstanbulda güllələnən Rövşən Caniyevdən (Lənkəranski) başqa, killerlər daha bir neçə "qanuni oğru"nu öldürmək üçün ova başlayıblar.
19 Avqust 2016 14:38 Sosialİstanbulda güllələnən Rövşən Caniyevdən (Lənkəranski) başqa, killerlər daha bir neçə "qanuni oğru"nu öldürmək üçün ova başlayıblar.
Avropa.info bildirir ki, bu barədə "Rosbalt"a vəziyyətlə tanış olan mənbə məlumat verib. Mənbə bildirir ki, Rövşənin öldürülməsi ilə "kriminal savaş" bitməyəcək.
"Killerlər Rövşənin daxil olduğu "qanuni oğru"lar klanının bütün qrup üzvlərinin təmizlənməsi haqda sifariş alıblar. Onlar arasında Antalyada yaşayan Merab Canqveladze də var. Killerlər artıq onun arxasınca düşüblər. Bundan əlavə, Cemal Mikeladzeni (o, hal-hazırda Rusiyadan İtaliyaya ekstradisiyasını gözləyir) həbsxanada çıxan kimi güllələyəcəklər", - mənbə belə deyib.