Əsgərlərlə görüş keçirilib
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramına həsr olunmuş şənlik təşkil olunub.
19 Avqust 2016 14:19 SosialBiləsuvar rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramına həsr olunmuş şənlik təşkil olunub. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, öncə sərhədlərimizin keşiyində duran bütün əsgər, çavuş, zabit və gizirlərə peşə bayramları münasibətilə təbriklər səsləndirilib. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında Azərbaycan sərhədçilərinin yüksək peşəkarlığı bir daha qeyd edilib. Daha sonra sərhədçilərimizin də iştirakı ilə şən musiqilər səsləndirildi. Əsgərlərimizin rəqsləri ilə şənlik davam etdirilib . Sonda xatirə şəkli çəkdirildi və şənliyə yekun vurulub.