“Bakı Metropoliteni” kurs təşkil edir
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri” və “Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri” vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.
19 Avqust 2016 13:44 Sosial"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri" və "Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri" vəzifələri üzrə ödənişsiz kurs təşkil edir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər. Kursda 22 - 30 yaş arası kişilər iştirak edə bilər. Kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix avqustun 25-i müəyyən olunub.