14 saylı özüldə əlavə iki quyunun qazılması üçün yenidənqurma işləri aparılır

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündə əlavə 2 quyunun qazılması məqsədi ilə yenidənqurma işlərini uğurla davam etdirir.

SOCAR-ın "Neftqaztikinti" Tresti "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Günəşli" yatağındakı 14 nömrəli dərin dəniz özülündə əlavə 2 quyunun qazılması məqsədi ilə yenidənqurma işlərini uğurla davam etdirir. "OLAYLAR"-ın xəbərinə görə, quyuların layihə yerlərinin hazırlanması üçün texnoloji xətlərin marşrutu dəyişdirilib, qazma nasoslarının quraşdırılması üçün M2 modulunda nasosxananın yeri hazırlanıb, qülləaltı postamentin gediş yolları, qazma avadanlıqları, eləcə də birinci quyunun qoruyucu və istiqamətləndirici boruları quraşdırılıb. Şaxtaların su altında bərkidilməsi məqsədilə quraşdırılacaq avadanlıqlar hazırlanıb.. Hazırda boruların bərkidilməsi işləri yerinə yetirilir. Bundan sonra ikinci quyunun qazılması üçün hazırlıq işləri aparılacaq. Birinci quyu üzrə yenidənqurma işlərinin bu ayın sonuna kimi, qazma işlərinin isə noyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31