Əbülfəs Qarayev Şəkidə vətəndaşlarla görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da əhali ilə növbəti görüşünü Şəki şəhərində keçirib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Şəki şəhər, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından vətəndaşları qəbul edib. Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da əhali ilə növbəti görüşünü Şəki şəhərində keçirib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,  Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Şəki şəhər, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından vətəndaşları qəbul edib. Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub. Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib. Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib. Bildirib ki, turizm sənayesi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31