İlhamənin bacıları polisə şikayət edəcəklər

Ötən gün mərhum xalq artisti İlhamə Quliyevanın məzarına bacıları tərəfindən qoyulan güllər oğurlanıb.

Ötən gün mərhum xalq artisti İlhamə Quliyevanın məzarına bacıları tərəfindən qoyulan güllər oğurlanıb.

Bu haqda teleqraf.com-a xalq artistinin bacısı Gülbahar Quliyeva məlumat verib. O, oğurluq hadisəsini törədənlərin hüquq-mühafizə orqanları qarşısında cavab verəcəyini deyib: "Gülü götürənlərin Allah cəzasını versin. Dünən biz gül çələngini qoyduqdan sonra gülləri oğurlayıblar. Bundan axşam xəbər tutduq. Kimin oğlurladığını bilmirəm. Bu gün hüquq-mühafizə orqanlarına müraciət edəcəyik".
 
İlhamə Quliyeva 72 yaşında vəfat edib və II Fəxri xiyabanda dəfn edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31