Sabah 40 dərəcə isti olacaq

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  22-27° isti, gündüz  33-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm  civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz  25-45% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 19-da hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  24-29° isti olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31