Təhsil naziri vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov avqustun 29-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən q qəbulda Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini qəbul edəcək.
18 Avqust 2016 12:23 SosialTəhsil naziri Mikayıl Cabbarov avqustun 29-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən q qəbulda Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini qəbul edəcək. Qəbulda Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında və Naftalan, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 18, 19, 22, 23, 24, 25 avqust 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.