Acı bibər əlinizi göynətdisə, bunları edin - ÜSULLAR
Acı bibərdən qaynaqlanan yanma deyəndə ağıla ilk gələn ağız yanmasıdır. Halbuki bibər yeyəndə tək ağız yanmır, həm də bibər doğrayarkən əllər də yanır. Hətta elə yanır ki, bir müddət sonra qızarır və şişir.
17 Avqust 2016 18:55 SosialAcı bibərdən qaynaqlanan yanma deyəndə ağıla ilk gələn ağız yanmasıdır. Halbuki bibər yeyəndə tək ağız yanmır, həm də bibər doğrayarkən əllər də yanır. Hətta elə yanır ki, bir müddət sonra qızarır və şişir.
Bibər niyə yandırıcıdır?
Bibərə acılığı verən tərkibindəki kapsaisin adlı maddədir. Bibərlərin aclıq dərəcəsi də bu maddənin səviyyəsinə görə müəyyən edilir. Kapsaisin dəriylə təmas edildiyində yanma, istilik duyulması kimi hisslərə səbəb olur. Kapsaisin maddəsi tibdə ağrıkəsici və sağaldıcı məhsul kimi də istifadə edilir.
Acı bibərin yandırıcı təsirindən qorunmaq üçün nə etməli?
Bibərin acılığını görünüşündən bəlli etmək mümkün olmadığından bibərə toxunmadan əvvəl əlcək geyinmək lazımdır.
Acı bibəri doğradıqdan bir müddət sonra barmaq uclarınızda yüngülcə bir yanma hiss etməyə başlayarsınızsa, deməli, kapsaisin yağ kimi dərinizə işləyib. Belə halda isə edilməli olanlar bunlardır:
Birinci növbədə yanan əllərinizlə qətiyyən gözlərinizi ovmayın.
İlk görəcəyiniz iş yanmaya səbəb olan kapsaisin maddəsini yox etməkdir. Kapsasisin maddəsi yağda və spirtdə əridiyi üçün su ilə yumaq həll yolu deyildir. Yağ və spirtli məhsul istifadə edin.
Əlinizi bol miqdarda zeytu nyağı və ya qarğıdalı yağı ilə ovub bir neçə dəqiqə gözləyin və sabunla yuyun.
Spirt yağ aparan olduğundan əllərinizi bununla ovun.
Limon suyu əlinizə yapışmış olan kapsaisini neytrallaşdıracaq. Soyuq bir limonu ikiyə bölün. Barmaqlarınızı limonun içinə soxub oynadın. Başqa bir üsul olaraq isə əllərinizi limon suyu və duzla yaxşıca ovalayın.
Əllərinizi soyuq süd və qatığın içində yanma hissi keçənə qədər gözlətsəniz, göynəmə azalacaq. Dondurma da bibər yanğısını aparmaqda effektlidir.
Bu üsullardan sonra Silverrdin, Bepanten kimi yanıq kremləri də istifadə etmək işi yüngülləşdirəcək.