Yaxşı görmək üçün bunları edin – FAYDALIDIR

Müasir insanlar arasında görmə problemləri olduqca çox yayılıb. Bunun səbəbi kompüterlərdə uzun müddət ərzində işləmək, müasir telefonlar, 3D-televiziya və s.

Müasir insanlar arasında görmə problemləri olduqca çox yayılıb. Bunun səbəbi kompüterlərdə uzun müddət ərzində işləmək, müasir telefonlar, 3D-televiziya və s.

İnsanın gözləri demək olar ki, bütün gün ərzində gərgin vəziyyətdə olur. Bu da nəticədə görmənin pisləşməsinə gətirib çıxarır.

Həkimlərin müşahidələrinə görə, 50% hallarda görmənin pisləşməsinin səbəbi gözlərin həddindən artıq yüklənməsi və görmə gigiyenasının olmamasıdır. Aile.lent.az Sağlamol.az-a istinadən görməni yaxşılaşdırmağın bir neçə yolu ilə sizi tanış edir.

Bəzi sadə vasitələr bizə görməni qoruyub saxlamağa kömək edir. Bu vasitələr arasında:

1. Göz gimnastikası

Göz gimnastikasını gün ərzində bir neçə dəfə etmək lazımdır. Bu gərginliyin azalmasına, qan dövranının yaxşılaşmasına kömək edir.

2. Massaj

Massaj göz əzələlərinin gərginliyini azaldır. Gözlərinizi yumun və yüngül hərəkətlərlə barmaqların ucları ilə göz almalarını massaj edin.

3. Palminq (Beyts metodu)

Yorulanda biz tez-tez bu hərəkəti edirik. Dirsəklərinizi masaya qoyun və əllərin ovucları ilə gözlərinizi bağlayın (gözlər yumulu olmalıdır). Bu vəziyyətdə bir neçə dəqiqə ərzində qalın. Beliniz düz olmalıdır.

4. Qaragilə ilə kök şirəsi

Kök və qaragilə gözlər üçün vacib olan əsas vitaminlərlə olduqca zəngindir. Şirələri qarışdırıb içmək lazımdır.

5. Yoqa

Yoqların fikrinə görə suya, oda və aya baxdıqda görmə yaxşılaşır.

6. Kompreslər

1 ç.q. çobanyastığı və 1 x.q. doğranmış cəfərini 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün, sonra dəmləmədə pambıq parçanı isladın və gözlərin üzərinə qoyub 3-5 dəqiqə uzanın. Belə kompreslər həm dəriyə müsbət təsir edir, həm də gözləri dincəldir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31