Sabah Bakının Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq

Sabah Bakının Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.

Sabah Bakının Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 18-də gün ərzində İzmir və C. Məmmədquluzadə küçələrinin  bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31