Daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib
Avqustun 17-də Xaçmaz rayonunun Qədmalıqışlaq kəndinə ilk dəfə, Salyan rayonunun Birinci Varlı kəndinə isə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirlərdə rayonların icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
17 Avqust 2016 16:15 SosialAvqustun 17-də Xaçmaz rayonunun Qədmalıqışlaq kəndinə ilk dəfə, Salyan rayonunun Birinci Varlı kəndinə isə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirlərdə rayonların icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Xaçmaz rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 110 abonenti olan Qədmalıqışlaq kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 7678 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Salyan rayonunun 256 abonentlik Birinci Varlı kəndinə təbii qazın verilişinin bərpası ilə əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı 21152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.