Qəbələdə mürəbbə festivalı keçiriləcək

Avqustun 27-də Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  festival nazirlik, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Beynəlxalq festivala Azərbaycanın bölgələrindən, həmçinin 10-dək xarici ölkədən qonaq və iştirakçılar qatılacaqlar.

Avqustun 27-də Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,  festival nazirlik, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Beynəlxalq festivala Azərbaycanın bölgələrindən, həmçinin 10-dək xarici ölkədən qonaq və iştirakçılar qatılacaqlar. Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar. Festivalın keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Eyni zamanda bu layihə bölgədə turizmin təşviqinə töhfədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31