Düzgün qidalanma insanı cavanlaşdırır
Düzgün qidalanmanın insanın həyatında nə qədər böyük önəm daşıdığı bir daha sübut olunub. “Medvesti.com” saytı xəbər verir ki, ABŞ alimləri 40 yaşlı 20 qadının iştirakı ilə apardığı tədqiqat nəticəsində məlum olub ki, düzgün qidalanma insanın daxili sağlamlığı və zahiri görünüşünü xeyli yaxşılaşdırır.
17 Avqust 2016 19:19 SosialDüzgün qidalanmanın insanın həyatında nə qədər böyük önəm daşıdığı bir daha sübut olunub. "Medvesti.com" saytı xəbər verir ki, ABŞ alimləri 40 yaşlı 20 qadının iştirakı ilə apardığı tədqiqat nəticəsində məlum olub ki, düzgün qidalanma insanın daxili sağlamlığı və zahiri görünüşünü xeyli yaxşılaşdırır. Araşdırma zamanı könüllülər iki qrupa bölünüb. Birinci qrupdakı qadınlara sevimli ərzaqlarından istifadə etməyə icazə verilib. İkinci qrup qarşısında isə kifayət qədər sərt çərçivələr qoyulub. Bu qrupdakı qadınlar karbohidrat, yağ, şəkər və xolesterini yüksək olan qidalardan imtina etməli olub. Təcrübə bir neçə ay davam edib. Qida məhdudiyyəti görünüşə müsbət təsir göstərib.