İsti havada isti çayı ciyərlərinə çəkənlərin - Sirri
Şərq ölkələrində isti havada isti çay içmək adəti var. Əksər insanlar, xüsusilə də yaşlı nəsil yay fəslində sərinləmək üçün isti çay içməyə üstünlük verir. Onlar suyun əksinə, isti çayın sərinləməkdə rolunun daha effektiv olduğunu deyirlər. Maraqlıdır, isti havada isti çay içməyin insan orqanizminə ziyanı varmı?
16 Avqust 2016 18:34 SosialŞərq ölkələrində isti havada isti çay içmək adəti var. Əksər insanlar, xüsusilə də yaşlı nəsil yay fəslində sərinləmək üçün isti çay içməyə üstünlük verir. Onlar suyun əksinə, isti çayın sərinləməkdə rolunun daha effektiv olduğunu deyirlər. Maraqlıdır, isti havada isti çay içməyin insan orqanizminə ziyanı varmı?
Mövzu ilə bağlı ATV.az-a məlumat verən dietoloq-terapeft Ləman Süleymanova bildirdi ki, yay fəslində mayeyə olan tələbatı su ilə ödəmək daha çox məsləhətdir:
"İsti havalarda sərinləmək üçün çaya üstünlük verən insanlara bir neçə məsləhətimiz var. Yayda qara çaydansa, bitki çaylarına üstünlük verin. Çünki bitki çayları həm qidanın həzm olunmasına yardımçı olur, həm də sterssi aradan qaldıraraq, əsəb sistemlərinə çox gözəl təsir edir. Bitki çayları qan təziqi aşağı olan insanlara məsləhət deyil. Məsələn, isti halda içilən yaşıl çay təziqi daha da azalda bilər. ona görə belə insanlara hər hansı bitki çayını orta, ilıq temperaturda içməkləri məsləhətdir. Əksinə, arterial təziqi yüksək olan, xüsusilə də, yaşı 25-dən çox olan insanların bitki çaylarını orta-isti temperaturda içməkləri məsləh görülür.
Temperatura gəlincə, çayı qaynar içmək olmaz. Çünki istər su, istər çay qaynar halda içilərsə, bu, mədə-bağırsaq xəstəliyinə gətirib çıxara bilər.
Yenə də, yayda sərinləmək üçün suya üstünlük vermək lazımdır. Evdə hazırlanmış təbii detoks çayları da sərinləməkdə sizə kömək edəcək".
Araşdırmalar göstərir ki, isti havada çay içilməsi insanı xeyli gümrahlaşdırır. Şair yaxşı deyib: "Kimin ağrayır canı, qoy çay içsin mərcanı, min bir dərdin dərmanı çay, çay, çay!