Bu ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin yanvar-aprel ayları ərzində 2208 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 138 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsi qazlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00